- 15:56
Rusiya prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə telefonla danışıb.
E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, liderlər Moskva ilə Daşkənd arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluqlarını ifadə ediblər.
Telefon danışığı zamanı Mirziyoyev, həmçinin Novqorod vilayətində Rusiya prezidentinin dövlət iqamətgahına pilotsuz uçuş aparatının (PUA) hücumu ilə bağlı narazılığını da ifadə edib.
Humay Eminqızı