- 16:41
Tatarıstanın Zelenodolsk rayonunun Vasilyevo şəhər tipli qəsəbəsində ikimərtəbəli fərdi yaşayış evində güclü yanğın baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsi məlumat yayıb.
İdarəyə yanğın barədə yerli vaxtla 6:03 radələrində məlumat daxil olub.
Yanğın 100 kvadratmetr sahəni əhatə edib.
Hadisə yerinə 42 canlı quvvə və 18 texnika cəlb olunub.
Yanğınsöndürənlər gələnə qədər 2 nəfər evdən çıxmağı bacarıb. İçəridə qalan biri azyaşlı olmaqla, digər 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Belə ki, yüksək temperatur səbəbindən xilasedicilər evə dərhal daxil ola bilməyiblər.
İlkin məlumata görə, yanğına hamamda işıqlandırılan güzgünün elektrik naqillərində yaranan qısaqapanma səbəb ola bilər.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən Tatarıstanda baş verən yanğınlarda altısı uşaq olmaqla 128 nəfər həlak olub.
Humay Eminqızı