Hindistanda dumanlı havaya görə yüzlərlə uçuş ləğv edilib


  • 15:27

Hindistanın ən işlək hava limanlarından biri olan İndira Qandi Beynəlxalq Hava Limanında sıx duman səbəbindən uçuşlar gecikib.

E-huquq.az "Hindustan Times"a istinadən xəbər verir ki, paytaxt Yeni Dehlidə müşahidə olunan qatı duman səbəbindən ümumilikdə 118 reys ləğv edilib, 200-dən çox reys gecikib, 18 reys isə digər hava limanlarına yönləndirilib.

Rəsmilər bildiriblər ki, görünüş məsafəsinin sıfıra yaxınlaşması səbəbindən hava nəqliyyatı ilə yanaşı, ölkə daxilində dəmiryolu hərəkətində də fasilələr yaşanır.

Qeyd edək ki, bir gün öncə də oxşar səbəblərlə 128 reys ləğv olunmuş, 8 uçuş isə başqa hava limanlarına yönləndirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər