- 16:41
"OpenAI" şirkəti süni intellektin sürətli inkişafı fonunda yarana biləcək risklərin qarşısını almaq məqsədilə "Hazırlıq rəhbəri" (Preparedness Lead) adlı yeni yüksək vəzifə təsis edib.
E-huquq.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şirkətin baş direktoru Sem Altman bu barədə X sosial media platformasında paylaşım edib.
Altman bildirib ki, bu vəzifə yüksək məsuliyyət və stressə davamlılıq tələb edir. Onun sözlərinə görə, təyin olunacaq şəxs süni intellekt modellərinin kibertəhlükəsizlik, bioloji risklər və psixi sağlamlıq sahələrində yarada biləcəyi potensial təhlükələri müəyyənləşdirəcək və onların qarşısını almaq üçün strategiyalar hazırlayacaq.
Baş direktor qeyd edib ki, bu risklər artıq 2025-ci ilə qədər özünü göstərməyə başlayıb.
Məlumata görə, “Hazırlıq rəhbəri” illik 555 min ABŞ dolları məvacib alacaq və əlavə olaraq şirkət səhmləri ilə mükafatlandırılacaq.
Şəbnəm Mehdizadə