- 16:41
ABŞ-də sığınacaq müraciətləri və deportasiya edilməmək tələblərinin rədd edilməsinə imkan verən yeni tənzimləmə qüvvəyə minir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sabahdan qüvvəyə minən yeni qaydaya əsasən, ABŞ-nin ictimai sağlamlıq təhlükəsizliyinə təhlükə yaradan fərdlərin sığınacaq müraciətləri rədd edilə bilər.
Qeyd edək ki, bu qərar ilk dəfə 2020-ci ildə irəli sürülüb, lakin bir neçə dəfə təxirə salınıb.
Noyabrın 26-da Ağ Ev yaxınlığında iki Milli Qvardiyanın güllələnməsi fonunda Tramp administrasiyası “yüksək riskli” 19 ölkənin vətəndaşlarının sığınacaq müraciətlərini tamamilə dayandırmışdı.
Şəbnəm Mehdizadə