İstanbulda 3 min litr qanunsuz spirtli içki ələ keçirilib


  • 15:55

Türkiyənin İstanbul şəhərində 3000 litr qanunsuz spirtli içki ələ keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, polis Beylikdüzü və Esenyurt rayonlarında iki məntəqədə əməliyyat keçirib.

Əməliyyat nəticəsində bəziləri zeytun yağı qutularında olan 3000 litr qaçaq spirtli içki ələ keçirilib.

Faktla bağlı 1 nəfər saxlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər