- 16:41
Avstraliyanın Sidney şəhərində 15 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra ölkədə islamofobiya halları kəskin artıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Milli İmamlar Şurası məlumat yayıb.
Məlumata görə, sözügedən hücumdan sonra islamafob halları təxminən 200 faiz artıb.
Bəyanatda hücumların əksəriyyətinin qadınlara yönəldiyi və xüsusilə Sidneydə cəmləşdiyi bildirilib. Eyni zamanda, çoxlu sayda məscid və İslam mərkəzinin vandalizmə məruz qalması və ya ciddi təhlükəsizlik insidentləri ilə üzləşməsi diqqətə çatdırılıb.
Qeyd edək ki, dekabrın 14-də Sidneydə Hanuka bayramı ilə əlaqədar keçirilən mərasim zamanı törədilmiş terror aktı nəticəsində 15 nəfər həyatını itirib, 40-a yaxın şəxs xəsarət alıb.
Şəbnəm Mehdizadə