Daha bir ölkə avroya keçir


  • 16:16

Bolqarıstan 2026-cı il yanvarın 1-dən etibarən avroya keçəcək. Hazırda istifadə olunan milli valyuta olan Bolqarıstan levi tədricən ləğv ediləcək.

E-huquq.az-ın məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

Beləliklə, Bolqarıstan Avrozonanın 21-ci üzvü olacaq.

Agentliyin məlumatına görə, bu il Bolqarıstan Avrozonaya üzv olmaq üçün bütün rəsmi tələbləri yerinə yetirib. Bunlar arasında inflyasiya səviyyəsi, büdcə defisiti, uzunmüddətli borc alışı xərcləri və məzənnə sabitliyi ilə bağlı tələblər də yer alır.

Avroya keçid Bolqarıstan üçün Avropa inteqrasiyasının sonuncu mərhələsi olacaq.

Bundan əlavə, Bolqarıstan Avropa Mərkəzi Bankının İdarə Heyətində yer alacaq.

Humay Eminqızı

Oxşar xəbərlər