- 16:41
Suriyanın Latakiya vilayətində ələvilərin təşkil etdiyi etirazlara görə komendant saatı tətbiq edilib.
E-huquq.az xarici KİV-öə istinadən xəbər verir ki, Suriya Ali Ələvi İslam Şurasının sədri Şeyx Qəzal Qəzalın çağırışı dekabrın 28-də Latakiya, Tartus və Homs əyalətlərində müxtəlif yerlərdə nümayişlər keçirilib.
Komendant saatının 31 dekabr Çərşənbə günü saat 17:00-da başlayacaq və səhər saat 6:00-a qədər davam edəcəyi bildirilib.
Qeyd edək ki nümayişlər dörd nəfərin ölümü və 108 nəfərin yaralanması ilə nəticələnib.
Şəbnəm Mehdizadə