ABŞ Danimarkaya 1,8 milyard dollarlıq hərbi təyyarə satışını təsdiqləyib


  • 16:36

ABŞ təxminən 1,8 milyard dollar dəyərində olan P-8A dəniz patrul və kəşfiyyat təyyarələrinin, eləcə də digər avadanlıqların Danimarkaya satışını təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, satış NATO üzvü olan Danimarkanın təhlükəsizliyini artırmaqla yanaşı, ABŞ-nin maraqlarına da töhfə verəcək.

Çoxsaylı missiyalar üçün nəzərdə tutulmuş və yanğından mühafizə imkanlarına malik P-8A təyyarələrinin satışı, Danimarkanın NATO əməliyyatlarında iştirak qabiliyyətini genişləndirəcək.

Açıqlamada bu razılaşmanın bölgədəki hərbi balansı dəyişməyəcəyi də qeyd edilib.

Əməliyyatın əsas podratçısı "Boeing" olacaq. Satış qərarı artıq ABŞ Konqresinə təqdim edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər