Rusiyada məktəbdə terrora cəhd edən şəxs saxlanıldı


  • 16:41

Rusiyanın Adıgey Respublikasında məktəblərdən birinin şagirdlərinə qarşı törədiləcək terror aktının qarşısını alıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Beynəlxalq terror təşkilatının tərəfdarı olan Mərkəzi Asiya ölkəsinin vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxsin məktəbin yaxınlığında saxlanılan avtomobilindən 10 molotov kokteyli, iki bıçaq və terror təşkilatının bayrağı ələ keçirilib.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü bəndi və 205-ci maddəsinin 2-ci bəndi (terror aktı törətməyə cəhd) ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər