- 30 Dekabr 22:19
Rusiyanın Tuapse şəhərindəki neft emalı zavodunda pilotsuz təyyarə hücumu yanğına səbəb olub.
E-huquq.az xəbər verir ki, bu barədə Krasnodar diyarının Operativ Qərargahı xəbər verib.
"Neft emalı zavodunda 300 kvadrat metr ərazini əhatə edən yanğın söndürülüb", - açıqlamada bildirilib.
Yanğını söndürmək üçün ümumilikdə 64 nəfər və 16 texnika cəlb edilib.
Yerli teleqram kanalları daha əvvəl neft emalı zavodunda partlayışlar barədə xəbər yayıb, lakin ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.