Məzmuna keç

İsveçrədə Kran-Montana faciəsinə görə matəm elan edilib

İsveçrədə Kran-Montana kurortunda baş vermiş böyük yanğın nəticəsində 40 nəfərin həyatını itirməsi ilə əlaqədar milli matəm elan olunub.

E-huquq.az xəbər verir ki, İsveçrə Prezidenti Gi Parmelin bildirib ki, hüzn əlaməti olaraq paytaxt Bern şəhərində dövlət bayraqları matəm dövrü ərzində endiriləcək.

Son məlumata görə, insident nəticəsində 115 nəfər xəsarət alıb.