- 18:57
İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib.
E-huquq.az xəbər verir ki, Livanın cənubunda Hizbullaha məxsus infrastruktur aviazərbələrə məruz qalıb.
Təşkilatın elit “Rizvan Qüvvələri”nə məxsus təlim düşərgəsi və silah anbarı hədəfə alınıb.
İsrail ordusu bu infrastrukturun mövcudluğunu İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmalarına zidd adlandırıb.