Zelenski Ukrayna Ordusunda dəyişiklikləri elan edib


  • 18:57

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident Ofisinin müavini Pavel Palisa ilə görüşdə ona Müdafiə Qüvvələrində dəyişikliklərlə bağlı məsələni işləməyi tapşırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə bildirib.

"Pavel Ukrayna Müdafiə Qüvvələrində zəruri dəyişikliklərlə bağlı yaxın həftələrdə qərarları müəyyən etmək üçün briqadalar və hərbi komandanlıqla müvafiq iş aparacaq", - deyə dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, Rusiya ilə müharibədə Ukraynanın müdafiə təcrübəsi nəzərə alınmaqla hərbi təhsilin modernləşdirilməsi hazırlanır.

Oxşar xəbərlər