- 22:20
Meksikanın cənub-qərbindəki Herrero ştatında 6,5 maqnitudada zəlzələ qeydə alınıb.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələnin episentri 187 min nəfərin yaşadığı Çilpansinqo şəhərindən 42 kilometr cənub-şərqdə, ocağı 42 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir.