Məzmuna keç

ABŞ-də Yeni il ərəfəsində terror aktının qarşısı alınıb

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları və polislər Şimali Karolina ştatında Yeni il ərəfəsində planlaşdırılan terror aktının qarşısını alıblar.

E-huquq.az xəbər verir ki, bu barədə FTB-nin Şarlotta şəhər üzrə bölməsi məlumat yayıb.

İstintaqın məlumatlarına görə, şübhəli şəxs İŞİD terror qruplaşmasının ideologiyasının təsiri altında hərəkət edib. "Subyekt İŞİD-in təsiri ilə təxribata əl atmaq istəyib", – FTB-dən bildirilib.