Səudiyyə Ərəbistanı Yəmənin Seyun hava limanına zərbələr endirib


  • 2 Yanvar 23:34

Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri Yəmənin şərqində yerləşən Hadramaut əyalətinin Seyun şəhərinin hava limanına bir neçə aviazərbə endirib.

E-huquq.az xəbər verir ki, endirilən zərbələr barədə məlumatı Yəmənin informasiya, mədəniyyət və turizm nazirinin müavini Salah əl-Akil "Sky News Arabia" telekanalına təsdiqləyib.

Telekanalın məlumatına görə, Səudiyyə aviasiyası hava limanına azı üç zərbə endirib.

Hava hücumu nəticəsində şəhərdə güclü partlayış səsləri eşidilib.

Oxşar xəbərlər