- 18:29
ABŞ Prezidenti Donald Tramp "The New York Times" (NYT) qəzetinə telefonla qısa müsahibə verib və Venesueladakı əməliyyatın uğurlu olduğunu bir daha bəyan edib.
Bu barədə e-huquq.az istinadən xəbər verir.
Tramp Konqresdən əməliyyat üçün icazə almağa çalışıb-çalışmadığı və Venesuelanı nə gözlədiyi barədə suallara cavabında Mar-a-Laqoda keçiriləcək mətbuat konfransında bu mövzulara toxunacağını söyləyib.
NYT adı açıqlanmayan amerikalı rəsmiyə istinadən xəbər verib ki, Venesueladakı əməliyyat zamanı ABŞ hərbçiləri arasında itki yoxdur. Mənbə Venesuela tərəfindən itkilərin olma ehtimalı barədə danışmaqdan imtina edib.
***
12:36
Partlayışların baş verdiyi Karakas səmasında ən azı doqquz helikopter uçub.
E-huquq.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Telekanal qeyd edib ki, şəhərdə partlayışlar davam edir, uçan helikopterlərin səsi eşidilir.
***
11:29
Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub.
E-huquq.az xəbər verir ki, bu barədə "A Haber" AFP agentliyinə istinadən bildirib.
"Karakasda silsilə partlayışlar olub. Hücumların hədəfləri Karakasda helikopterlərin qeydə alındığı neft emalı zavodları və hərbi obyektlər olub", - məlumatda deyilib.
Telekanal yerli mediaya istinadən qeyd edib ki, ABŞ Venesuelaya hava və dənizdən genişmiqyaslı hücuma başlayıb. Yüzlərlə qanadlı raket paytaxtdakı hədəfləri vurub.
"Associated Press" agentliyinin məlumatına görə, Karakasda 7 partlayışın olduğu bildirilib və alçaqdan uçan təyyarələr qeydə alınıb. Bəzi sakinlər küçələrə qaçıb.
Venesuela hakimiyyəti partlayışların səbəbləri barədə hələlik rəsmi açıqlama verməyib.
***
11:22
Venesuelada partlayışlar qeydə alınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.
Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib.
Bəzi mənbələr partlayışların hava hücumu nəticəsində baş verdiyini iddia edir.