- 22:58
ABŞ Prezidenti Donald Trampın administrasiyası şənbə gününə keçən gecə Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlardan xəbərdardır.
E-huquq.az xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən bildirib.
"Mənbələrin məlumatına görə, Tramp administrasiyasının nümayəndələri Venesuelanın paytaxtı Karakasda səhər saatlarında baş verən partlayışlar və təyyarələrin uçuşları barədə məlumatlıdırlar", - bəyanatda deyilib.
Nəşr qeyd edib ki, ABŞ hakimiyyəti bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.