- 22:49
“Venesuela ABŞ-nin hərbi təcavüzünə məruz qalıb”.
E-huquq.az xəbər verir ki, bu sözləri Venesuela xarici işlər naziri İvan Gil Pinto deyib.
Pinto həmçinin qeyd edib ki, ABŞ Karakasda mülki və hərbi obyektlərə hücum edib.
O vurğulayıb ki, Prezident Nikolas Maduro ölkəsinə hücumla əlaqədar fövqəladə vəziyyət elan edilməsi ilə bağlı fərman imzalayıb.
Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verib.