- 08:22
ABŞ Venesuela parlamentinin binasına zərbə endirib.
E-huquq.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Venesuelada ən azı 11 obyektə hücum edib.
"Karakasdakı federal qanunvericilik sarayı bombardman edilib", - o yazıb.
Prezident əlavə edib ki, La-Karlota aviabazası, Katiya-La-Mardakı dağ kazarmaları, eləcə də Fort Tiuna hərbi bazası bombalanaraq sıradan çıxarılıb. Petronun sözlərinə görə, El-Xatilyodakı hava limanı da zərbəyə məruz qalıb.
Bundan başqa, Barkisimetodakı 3 saylı F-16 bazası bombardman edilib, Çarallave şəhərindəki özəl hava limanı isə sıradan çıxarılıb.
Qeyd olunub ki, Miraflores rayonunda müdafiə planı aktivləşdirilib.
Petronun bildirdiyinə görə, Karakasın bir sıra rayonları, o cümlədən Santa-Monika, Fort Tiuna, Los-Tekes, "23 yanvar", eləcə də paytaxtın cənub hissəsi elektrik enerjisiz qalıb. Karakasın mərkəzi hissəsinə də hücumlar barədə məlumatlar var.