Məzmuna keç

ABŞ Venesuelaya hava zərbələri endirdiyini təsdiq etdi

ABŞ Silahlı Qüvvələri Venesuela ərazisinə hava zərbələri endirib.

E-huquq az xəbər verir ki, amerikalı rəsmilər bunu "Fox News" telekanalına təsdiqləyiblər.

Öz növbəsində, TASS-ın istinad etdiyi "The New York Times" bildirib ki, ABŞ Prezidenti Donald Tramp Venesuelaya zərbələr endirilməzdən əvvəl Mar-a-Laqoda milli təhlükəsizlik müşavirəsi keçirib.