ABŞ-ın hava zərbələri nəticəsində Venesuela müdafiə nazirinin ölməsi xəbəri yalan çıxdı - YENİLƏNDİ


  • 3 Yanvar 14:46

ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin ölməsi xəbərinin yalan olduğu üzə çıxıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Padrine Lopes videomüraciət yayaraq, təslim olmayacaqlarını, qələbə qazanacaqlarını bildirib.

“Biz danışıqlara getməyəcəyik, təslim olmayacağıq və nəhayət qələbə çalacağıq”, - deyə o vurğulayıb.

Həmçinin, Venesuelanın vitse-prezidenti Delsi Rodriqesin də hava zərbələrdən sonra sağ qaldığı açıqlanıb.

Onun prezidentin səlahiyyətlərini icra edəcəyi bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp xüsusi əməliyyatla Venesuela lideri Nikolas Maduronun həyat yoldaşı ilə birgə ələ keçirilərək, ölkədən çıxarıldığı barədə açıqlama verib.

***

13:13

ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin həlak olduğu barədə məlumatlar yayılıb.

E-huquq.az xəbər verir ki, bu barədə RİA Novosti yerli mediaya istinadən xəbər yayıb.

Müdafiə nazirinin iqamətgahına zərbələr endirilməsi barədə bundan əvvəl məlumatlar yayılmışdı. Padrine Lopesin həlak olması xəbəri hələlik rəsmi təsdiqlənməyib.

Zərbələrdən sonra Venesuela Prezidenti Nikolas Maduronun harada olduğu da hələlik bilinmir.

Paytaxt sakinləri isə Karakası kütləvi tək edir. Paytaxtın çıxışında uzun tıxac müşahidə olunur.

Oxşar xəbərlər