Məzmuna keç

ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirməyəcək

ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirmək niyyətində deyil.

E-huquq.az xəbər verir ki, bu barədə "New York Post" qəzetinə müsahibəsində Amerika lideri Donald Tramp bildirib.

"Xeyr, çünki Kuba hakimiyyəti özü çökəcək. Kubanın işləri pis gedir", – o, Kuba ərazisində güc tətbiq etmək niyyətində olub-olmadığı ilə bağlı suala cavabında söyləyib.

Tramp əlavə edib ki, Havana iqtisadi dəstək və enerji resurslarının tədarükündə Karakasdan güclü şəkildə asılı idi.