- 00:13
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkun Bruklin şəhərindəki həbsxanaya aparılıb.
E-huquq.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Maduro və Floresin olduğu təyyarə yerli vaxtla saat 16:30 radələrində Nyu-Yorkdakı Stüart Hava Milli Qvardiyasının bazasına eniş edib.
Daha sonra Venesuela lideri və həyat yoldaşı Manhettendəki ABŞ Narkotiklərlə Mübarizə İdarəsinə, oradan isə həbsxanaya aparılıb.
“NBC News”un məlumatına görə, Maduro 5 yanvar tarixində Nyu-Yorkda məhkəmə qarşısına çıxa bilər.