- 12:23
2023-cü ilin oktyabrından bəri İsrail ordusunun Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 71 384 nəfərə yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra 418 nəfər ölüb, 1 171 nəfər yaralanıb, 684 cəsəd isə dağıntılar altından çıxarılıb.
Ümumilikdə, 2023-cü ilin oktyabrından etibarən İsrailin Qəzzaya hücumları nəticəsində 171 251 nəfər yaralanıb.
Qeyd edək ki, oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.
Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.