Rusiya ordusunun Xarkova zərbələri nəticəsində ölənlərin sayı dördə çatıb


  • 4 Yanvar 14:16

Rusiya qoşunlarının Ukraynanın Xarkov şəhərinə raket zərbəsi nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri İqor Terexov bildirib.

Onun sözlərinə görə, yanvarın 2-də şəhər mərkəzinə endirilən raket zərbəsinin yerində artıq ikinci gündür fasiləsiz axtarış-xilasetmə əməliyyatı aparılır. Zərbələrə məruz qalmış binaların dağıntıları altından daha iki nəfərin meyiti tapılıb. Terexovun məlumatına əsasən, hazırda raket zərbəsi nəticəsində xəsarət alanların sayı 31 nəfərə çatıb.

Faciə yerində xilasetmə işləri davam etdirilir.

Polisin məlumatına görə, dağıntılar altında yanvarın 2-dən etibarən əlaqə yaratmaq mümkün olmayan və itkin düşmüş hesab edilən daha üç nəfər qala bilər.

Oxşar xəbərlər