Rusiyanın Rostov vilayətində baş verən ağır yol qəzasında dörd nəfər öldü


  • 4 Yanvar 13:00

Rusiyanın Rostov vilayətində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər həlak olub, daha iki nəfər xəsarət alıb.

E-huquq.az xəbər verir ki, bu barədə vilayət FHN-in Baş idarəsi məlumat yayıb.

"Rostov vilayətinin Aksay rayonunun Krasnıy Kolos qəsəbəsi yaxınlığında "M-4 Don" magistralının 1042-ci kilometrində 5 minik avtomobili və bir yük maşını toqquşub", – açıqlamada bildirilib.

Dövlət şirkəti "Avtodor"un "Telegram" kanalında qeyd olunub ki, qəza səbəbindən Krasnodar istiqamətində hərəkət məhdudlaşdırılıb.

Rostov vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerinə vilayət Baş idarəsinin rəhbəri Aleksandr Reçitski gedib. Qəzanın səbəbləri araşdırılır.

Mənbə: Report

Oxşar xəbərlər