Monqolustan Rusiyadan "Aİ-92" markalı benzin alacaq


  • 5 Yanvar 08:53

Monqolustan 2026-cı ilin yanvar ayında Rusiyadan 710 min ton Aİ-92 markalı benzin alınmasına dair saziş imzalayıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin sənaye və mineral ehtiyatlar nazirinin müavini Beqzsurengiin Enxtuvşin məlumat verib.

O bildirib ki, saziş cari ay Rusiyanın Anqarsk şəhərində yerləşən neft emalı zavodu ilə imzalanıb və təsdiqlənib.

"Ölkəmizdə neft məhsullarına tələbat təxminən hər il 30% artır. Rusiyadan Monqolustana yanacaq tədarükünün həcmi azalmayıb. Bununla belə, yanvar ayında tədarük həcminin təxminən 60% artırılması üçün sifariş yerləşdirdik", - müavin bildirib.

Onun sözlərinə görə, dizel yanacağının ehtiyatlarının təmin olunması ilə bağlı problem yoxdur, 2026-cı ilin əvvəlinə olan tədarük həcmi 197 min ton təşkil edib.

Humay Eminqızı

Oxşar xəbərlər