Türkiyədə qar uçqunu: 5 nəfər xilas edilib


  • 5 Yanvar 10:46

Türkiyənin Şırnak vilayətində 5 nəfər qar uçqunu altında qalıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şırnakın Beytüşşebap rayonunda 5 nəfərin yaşadığı fərdi yaşayış evinə qar uçqunu düşüb.

Mənzildə köməksiz vəziyyətdə qalan 5 nəfər AFAD və jandarma qrupları tərəfindən xilas edilərək təhlükəsiz əraziyə aparılıb.

Ərazidə olan avtomobil isə dərəyə aşıb.

Ev sakinlərinin səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər