- 00:28
Türkiyənin Şanlıurfa şəhərində silah qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Şanlıurfanın Akçakale rayonunda gömrük əməkdaşları Suriyadan Türkiyəyə daxil olan şübhəli yük avtomobilində ətraflı axtarış aparıb.
Yük maşınının yanacaq çənində çoxlu sayda silah-sursat ələ keçirilib.
Yük maşınının sürücüsü A.B. nəzarətə götürülüb.
Şəbnəm Mehdizadə