- 00:28
Türkiyənin Ankara şəhərində 7 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaranın Polatlı rayonunun Yeni Mahalle məhəlləsindəki Ermiş küçəsində insektisid (zərərvericilərə qarşı kimyəvi maddə) təsirinə məruz qalana 7 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib.
Zərərçəkənlər Polatlı Dövlət Xəstəxanasına çatdırılıb.
Onlardan 3-ü vəziyyətlərinin ağır olması səbəbilə Ankara Bilkent Şəhər Xəstəxanasına köçürülüb.
Hadisə yerində AFAD qrupları araşdırma aparıb.
Şəbnəm Mehdizadə