- 00:28
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və xanımı ittihamların irəli sürülməsi üçün Nyu-York federal məhkəməsinə aparılıb.
Bu barədə e-huquq.az BBC-yə istinadən xəbər verir.
Manhetten məhkəməsində bu gün ona qarşı irəli sürülən ittihamların tam siyahısı oxunacaq.
2025-ci ilin noyabrında Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli əməliyyatlarının keçirilməsinə icazə verib. Aylarla hazırlıqdan sonra 2026-cı il yanvarın 3-ü gecəsi ABŞ xüsusi təyinatlı qüvvələri Karakasda Fuerte-Tiuna kompleksində Maduronu və onun həyat yoldaşı Siliya Floresi ələ keçirib. Onları ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə təxliyə ediblər. Daha sonra narkoterrorizm ittihamları ilə məhkəmə üçün Nyu-Yorka gətiriblər. Gözlənilir ki, bu gün ona rəsmi ittihamlar irəli sürüləcək və Maduroya dörd ömürlük həbs cəzası verilə bilər.