Hollandiyada qara görə 1050 reys təxirə salınıb


  • 5 Yanvar 17:08

Hollandiyada güclü qar hava və yol nəqliyyatını iflic edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünəndən başlayan güclü qar ümumilikdə 690 kilometr tıxaca səbəb olub.

Duz səpən və qartəmizləyən maşınların çoxu tıxacda qalıb.

Yollar yalnız səhər saatlarından sonra təmizlənib.

Bəzi avtomobil yolları hər iki istiqamətdə bağlanıb.

Milli Meteorologiya Xidməti KNMI bu səhər Flevoland və Utrext də daxil olmaqla yeddi bölgə üçün narıncı xəbərdarlıq elan edib.

Əksəriyyəti Avropa və Böyük Britaniyaya olmaqla ümumilikdə 1050 uçuş təxirə salınıb.

Sərnişinlər hava limanında saatlarla gözləməli olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər