Bu ölkədə pişiklərə qulluq edənlərə güzəştlər təklif olunur


  • 5 Yanvar 17:24

Yunanıstanın Syros adasında sahibsiz pişiklərə qulluq edən könüllülər üçün bir sıra güzəştlər nəzərdə tutulub.

E-huquq.az xəbər verir ki, Egey dənizində yerləşən Kiklad adalarının paytaxtı olan Syrosda çoxsaylı sahibsiz pişiklər yaşayır.

Bu pişiklərin qorunması və qayğısı ilə məşğul olan Syros Cats adlı təşkilat adada mühüm sosial missiya həyata keçirir.

Belə ki, təşkilat adada ən azı bir ay qala biləcək könüllülər axtarır. Proqram fiziki cəhətdən sağlam, müstəqil və yetkin şəxslər üçün nəzərdə tutulub. Eyni vaxtda maksimum dörd könüllünün qəbul edildiyi proqramda müxtəlif ölkə və mədəniyyətlərdən olan iştirakçılar birgə çalışaraq mədəni mübadiləni də gücləndirirlər.

Könüllülərə ümumi sahələri olan evdə şəxsi otaq, həmçinin səhər yeməyi verilir və əsas xərclər təmin olunur. Onlar həftədə beş gün, gündə təxminən beş saat ərzində pişiklərin qidalandırılması, sığınacaqların təmizlənməsi ilə məşğul olacaq. Həmçinin könüllülər pişik balalarına qulluq edəcək və ziyarətçiləri məlumatlandıracaqlar.

Nəqliyyat, nahar, şam yeməyi və şəxsi xərclər isə könüllülərin öz öhdəsinə düşür.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər