- 11:31
BMT Təhlükəsizlik Şurası ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatla bağlı təcili iclas keçirir.
E-huquq.az xəbər verir ki, görüş Kolumbiyanın təşəbbüsü, Çin və Rusiyanın dəstəyi ilətəşkil olunub və hazırda BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilir.
Qeyd edək ki, ABŞ-nin əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores saxlanılaraq Nyu-Yorka gətirilib. Maduro yaxın saatlarda məhkəmə qarşısına çıxacaq.
Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Venesuelada Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarının aparılmasına sanksiya vermişdi. Bir neçə aylıq hazırlıqdan sonra 2026-cı il yanvarın 3-nə keçən gecə ABŞ xüsusi təyinatlıları Maduronu və həyat yoldaşı Siliya Floresi Karakasdakı Fuerte-Tiuna kompleksində saxlayıb. Onlar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə evakuasiya edilərək narkoterrorizm ittihamları üzrə məhkəmə üçün Nyu-Yorka gətirilib.