Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-də keçiriləcək - YENİLƏNİB


  • 5 Yanvar 23:17

Nyu-York məhkəməsi Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores işi üzrə növbəti iclası 17 mart tarixində təyin edib.

E-huquq.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.

"Növbəti iclas 17 mart saat 11:00-da keçiriləcək", - hakim bildirib.

"Maduro və həyat yoldaşı təxminən 30 dəqiqə davam edən dinləmədən sonra məhkəmə zalını tərk ediblər", - məlumatda qeyd olunub.

İclas zamanı təqsirləndirilən şəxs hərbi oğurluğun qanuniliyi ilə bağlı problemlərə işarə edib. Maduro həmçinin hakimlərin diqqətini sağlamlıq problemlərinə yönəldib və həbs müddətində müvafiq tibbi yardım almaq üçün müraciət edib.

Siliya Floresin vəkili Mark Donnelli onun da sağlamlıq problemləri olduğunu vurğulayıb.

"Floresin qabırğalarında güclü əziklər var və ona lazımi qulluq göstərilməlidir", - o, müdafiə etdiyi şəxsin saxlanılması və ABŞ-yə daşınması zamanı zorakılığa məruz qaldığını göstərib.

***

21:42

Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York məhkəməsi tərəfindən onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.

E-huquq.az xəbər verir ki, Maduro məhkəmə zalında təqsirsiz olduğunu bildirərək, Venesuelanın Prezidenti olaraq qalmağa davam etdiyini söyləyib.

"Mən təqsirsizəm. Mən vicdanlı insanam", - o, özünü "hərbi əsir" adlandırıb. İttiham olunanlar Venesuela səfirliyindən konsulluq yardımı tələb ediblər. Məhkəmə Maduronun konsul işçiləri tərəfindən ziyarət edilməsinə razılıq verib.

***

21:39

Nyu-Yorkda Manhettendəki Daniel Patrik Moynihan məhkəmə binasında narkoterrorizm və digər cinayətlərdə ittiham olunan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ilə bağlı məhkəmə iclası başlayıb.

E-huquq.az xəbər verir ki, Maduronun maraqlarını Barri Pollak təmsil edir.

İclas canlı yayımlanmayacaq, lakin KİV-lərin girişinə icazə verilib.

Oxşar xəbərlər