İstanbulda güclü külək faciəyə səbəb oldu: 2 yeniyetmə xəsarət aldı


  • 6 Yanvar 10:33

Türkiyənin İstanbul şəhərində güclü külək bədbəxt hadisəyə səbəb olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulun Qaziosmanpaşa rayonunda külək səbəbindən ticarət mərkəzindəki mağazalardan birinin vitrin şüşəsi sınıb.

Sınan şüşə parçaları 2 yeniyetmənin üzərinə aşıb.

Hadisə nəticəsində hər iki uşaq xəsarət alıb.

Ətrafdakılar tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra uşaqlar xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər