- 20:19
Türkiyədə 20 gündə FETÖ terror təşkilatına qarşı əməliyyatlar keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, keçirilən əməliyyatlarda 223 şübhəli saxlanılıb. Onlardan 87-si həbs olunub.
Şübhəlilərin FETÖ-nün “məxfi strukturları” daxilində fəaliyyət göstərdiyi, təşkilatın şifrəli rabitə proqramı “ByLock” istifadə etdiyi, təşkilat daxilindəki şəxslərlə taksofon vasitəsilə əlaqə saxladığı və təşkilata bağlı müəssisələr vasitəsilə maliyyə dəstəyi verdiyi müəyyən edilib.
Humay Eminqızı