"Hyundai" fabriklərində insanabənzər robotlardan istifadə ediləcək


  • 6 Yanvar 11:37

Cənubi Koreyanın avtomobil nəhəngi "Hyundai Motor Group" 2028-ci ildən başlayaraq bütün dünyada öz fabriklərində insanabənzər robotlardan istifadə etməyə başlayacaq

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Boston Dynamics" tərəfindən hazırlanmış "Atlas" robotu Las-Veqasda istehlak elektronikası sərgisində (CES) təqdim edilib.

Şirkət "Atlas"ı bütün qlobal şəbəkəsinə inteqrasiya etməyi planlaşdırır.

Şirkət rəsmiləri bildiriblər ki, insanabənzər robotlar ilkin olaraq fiziki cəhətdən tələbkar və təhlükəli işlərin öhdəsindən gələcəklər və zaman keçdikcə daha mürəkkəb işlərdə insanlarla yanaşı avtonom şəkildə işləyəcəklər.

Şirkətin vitse-prezidenti Jaehoon Chang robotların öyrədilməsi və idarə olunması kimi sahələrdə insan əməyinə ehtiyacın davam edəcəyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər