Yaponiyada 6,2 bal gücündə zəlzələ olub


  • 6 Yanvar 11:41

Yaponiyada 6,2 bal gücündə zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

Məkumata görə, episentri Şimane prefekturasında olan zəlzələ yerli vaxtla saat 10:18-də, 10 kilometr dərinlikdə qeydə alınıb.

Şimane, eləcə də Tottori, Okayama və Xirosima prefekturalarında da hiss olunan yeraltı təkanlar sunami təhlükəsi yaratmayıb.

Zəlzələdən sonra maqnitudası 3,2 ilə 5,4 arasında dəyişən çoxsaylı təkanlar qeydə alınıb.

İlkin məlumatlara görə,zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər