- 20:19
İnquşetiyada alüminium sənayesi texnoparkı inşa ediləcək.
E-huquq.az xəbər verir ki, bu barədə İnquşetiyanın Baş Nazirinin müavini Adəm Kukurxoyev məlumat verib.
“Respublikamızın ərazisində 2026-2027-ci illər ərzində "Greenfield" tipi alüminium sənayesi texnoparkının inşası ilə bağlı investisiya layihəsinin həyata keçirilməsi planlaşdırılır. Layihənin ümumi təxmini dəyəri 892,8 milyon rubl təşkil edir”, - müavin bildirib.
Onun sözlərinə görə, yeni sənaye sahəsinin yaradılması layihəsinin həyata keçirilməsi, "Kiçik və Orta Sahibkarlıq və Fərdi İnisiyativenin Dəstəklənməsi" adlı federal layihə çərçivəsində parkların yaradılması və inkişafı üçün müraciətlərin seçimi üzrə müsabiqədə operativ iştirak nəticəsində mümkün olub.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin ekspert qrupu tərəfindən aparılan seçim nəticələrinə əsasən, İnquşetiyanın büdcəsinə federal büdcədən 500 milyon rubl məbləğində subsidiyanın ayrılması təsdiq edilib.
“Layihə çərçivəsində sənaye texnoparkının ərazisində ən azı 14 şirkət-rezident yerləşdirilməsi planlaşdırılır ”, - A. Kukurxoyev bildirib.
Humay Eminqızı