Litva Ukraynaya 150 nəfərə qədər hərbçi göndərməyə hazırdır


  • 6 Yanvar 12:58

Litva təhlükəsizlik təminatları çərçivəsində Ukraynaya silah və hərbi texnika ilə birlikdə 150 nəfərə qədər hərbçi göndərməyə hazırdır.

E-huquq.az xəbər verir ki, bu barədə prezidentin müşaviri Asta Skaysgirite məlumat verib.

Müşavirin sözlərinə görə, Qərb Kiyevə 15 ildən 30 ilə qədər müddətə təhlükəsizlik təminatının verilməsi modelini müzakirə edir.

Skaysgirite xatırladıb ki, Vilnüs Ukraynaya Litvanın ümumi daxili məhsulunun 0,25%-i həcmində hərbi yardım göstərməyi öhdəsinə götürüb.

Müdafiə Nazirliyinin məlumatına görə, Litva 2025-ci ildə Ukraynaya təxminən 232 milyon avro hərbi yardım ayırıb.

Humay Eminqızı

Oxşar xəbərlər