- 20:19
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 71 391 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda həlak olan 2 fələstinlinin cənazəsinin, 10 yaralının isə xəstəxanalara çatdırıldığı bildirilib.
Qeyd oluub ki, atəşkəs qüvvəyə mindiyi vaxtdan bəri hücumlarda 424 nəfər ölüb, 1199 nəfər yaralanıb, dağıntılar altından 685 cəsəd çıxarılıb.
İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabr ayında başlayan hücumları nəticəsində ölənlərin sayının 71 min 391, yaralı sayının isə 171 min 279-a yüksəldiyi vurğulanıb.
Şəbnəm Mehdizadə