Baş nazir: "Rəsmi Tokio Pekinlə dialoqa açıqdır"


  • 6 Yanvar 15:46

Yaponiyanın Baş naziri Takaichi Sanae ölkəsinin Çin ilə münasibətləri və beynəlxalq diplomatiya sahəsindəki mövqeyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Takaichi keçirdiyi mətbuat konfransında Tokio-Pekin əlaqələrinə dair mühüm açıqlamalar verib.

Baş nazir Yaponiya ilə Çin arasındakı məsələlərin və qarşılıqlı narahatlıqların həlli üçün kommunikasiya və dialoqun vacibliyini vurğulayıb.

O, qeyd edib ki, Yaponiya heç vaxt Çin ilə dialoq imkanlarını məhdudlaşdırmayıb və daim bu əlaqələri inkişaf etdirmək niyyətindədir.

“Ölkəmiz Çin ilə dialoq üçün müxtəlif imkanlara açıqdır və heç vaxt qapını bağlamamışdır" - deyə o, əlavə edib.

Bundan əlavə, Baş nazir ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi ilə bağlı suallara cavab verərək, regionda sabitliyin təmin edilməsi məqsədilə diplomatik səylərin önəmini diqqətə çatdırıb.

O, Yaponiya hökumətinin süni intellekt sahəsində həm dövlət, həm də özəl sektora 320 milyard dollar sərmayə yatırmağı hədəflədiyini də açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər