ABŞ alimləri ağcaqanadların ekosistemdəki rolunu araşdırıb


  • 6 Yanvar 16:01

ABŞ-nin Florida Universitetinin alimləri ağcaqanadların ekosistemdəki rolunu araşdırıb.

E-huquq.az xəbər verir ki, Florida Universitetinin alimi, entomoloq Lourens Rivzin rəhbərlik etdiyi qrup Florida ştatında 10900 hektarlıq qoruq ərazisində səkkiz ay ərzində 50 mindən çox ağcaqanad toplayıb. Tədqiqatçılar dişi ağcaqanadlardan alınan qan nümunələrini araşdıraraq, bölgədəki 86 heyvan növünün izlərini müəyyən ediblər. Bu növlər ağcaqanadların ov etdiyi onurğalıların təxminən 80 faizini təşkil edir.

Araşdırmada ağac canlılarından köçəri quşlara və nəsli kəsilməkdə olan növlərə qədər müxtəlif heyvanlar aşkarlanıb. Nəsli kəsilməkdə olan Florida panterası kimi böyük məməlilərin DNT izləri isə tapılmayıb.

Elm adamları ağcaqanadları "bioloji DNT nümunəsi alma maşınları" olaraq qiymətləndirərək, bu üsulun ənənəvi çöl tədqiqatlarına bərabər effektiv olduğunu qeyd ediblər.

Bu müasir metod, biomüxtəlifliyin monitorinqini daha ucuz və effektiv hala gətirərək, ekosistemlərin idarə edilməsinə və nəsli kəsilməkdə olan növlərin qorunmasına yeni imkanlar yaradır.

Tədqiqatçı Hannah Atsma bu cür texnologiyaların biomüxtəlifliyin qorunmasında kritik əhəmiyyət daşıdığını vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər