Məzmuna keç

Egey dənizində güclü zəlzələ oldu

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, episentri Egey dənizində olan zəlzələ yerli vaxtla saat 14:28-də qeydə alınıb.

Ayvacık rayonundan 8,89 kilometr aralıda baş verən zəlzələnin 17,49 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Şəbnəm Mehdizadə