Suriyada PKK/YPG hücumu nəticəsində mülki şəxslər həlak olub


  • 6 Yanvar 20:21

Suriyanın Hələb şəhərində "Suriya Demokratik Qüvvələri" (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terrorçularının mülki əraziyə hücumu nəticəsində 2 qadın həlak olub, 1 uşaq yaralanıb.

E-huquq.az Suriya mətbuatına istinadən xəbər verir ki, təşkilat həmçinin Şeyx Məqsud məhəlləsində Suriya ordusuna pilotsuz təyyarə ilə hücum edib.

Hücum nəticəsində 1 əsgər şəhid olub.

Hücumlardan sonra Hələb-Azaz yolu bağlanıb.

Ordunun cavab zərbələri endirdiyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər