Tayvanda "F-16" qırıcısı qəzaya uğrayıb, pilot itkin düşüb


  • 6 Yanvar 20:40

Tayvanda "F-16" qırıcısı təlim uçuşu zamanı qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Tayvan Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, ABŞ istehsalı olan "F-16V" qırıcı təyyarəsi uçuş zamanı Tayvanın şimal-şərqindəki Hualien prefekturası yaxınlığında dənizə düşüb. Pilotun qəzadan əvvəl təyyarədən atıldığı bildirilib.

İtkin düşən pilotun tapılması üçün axtarış-xilasetmə əməliyyatının başladığı qeyd olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər